Azərbaycan Premyer Liqasında XXIV tur davam edir.
“Qafqazinfo” xəbər verir ki, günün ilk oyunu “Dalğa Arena”da keçirilib.
“Araz-Naxçıvan” “Zirə”ni qəbul edib. Qəsəbə komandası səfərdən qalibiyyətlə dönüb.
Naxçıvan təmsilçisinin braziliyalı yarımmüdafiəçisi Vanderson Melo 20-ci dəqiqədə avtoqol müəllifi olub.
74-cü dəqiqədə Rəhim Sadıxovfərqlənməyi bacarıb.
3 dəqiqə sonra bu dəfə Rafael Utziq adını tabloya yazdırıb.
Nəticədə “Zirə” rəqibini 3:0 hesabı ilə məğlub edib.
Bununla da, Rəşad Sadıqovun yetirmələri çempionatda 10 oyunluq qələbə həsrətinə son qoyublar.