“Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib

araz-naxcivanin-reqibleri-mueyyenlesib
Oxunma sayı: 1352

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 2023/24-cü il mövsümünün püşkü atılıb.

“Qafqazinfo” xəbər verir ki, bu turnirdə ölkəmizi təmsil edəcək və mübarizəyə ilkin mərhələdən başlayacaq son çempion “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib. Komandamız A qrupda yer alacaq. Bu mərhələnin oyunları avqustun 22-dən 27-dək Latviyada keçiriləcək. Əsas mərhələyə qrup qalibləri və ən yaxşı göstəriciyə malik ikinci pilləni tutan 1 komanda vəsiqə qazanacaq.

İlkin mərhələ  (22-27 avqust)

A qrup

Araz-Naxçıvan (Azərbaycan)

Riqa (Latviya)

Jahn Regensburq (Almaniya)

İstanbul Şişli (Türkiyə)