“Araz” supermarketlər şəbəkəsinin “Araz” Akademiyası “Karyerada ilk addım” təcrübə proqramını davam etdirir. 2022-ci ildən etibarən keçirilən proqramda indiyədək 220-dən çox gənc iştirak edib. 2022-ci ildə 33, 2023-cü ildə 71, 2024-cü ildə isə 117 nəfər proqram üzrə məzun olub. Onlar insan resursları, maliyyə-mühasibatlıq, keyfiyyətə nəzarət, stokun idarə edilməsi, marketinq, İT kimi müxtəlif strukturlarda təcrübə keçiblər. Ödənişli təcrübə proqramına qoşulan 76 nəfər şirkətdə müvafiq strukturlarda işlə təmin edilib.
Təcrübə proqramının keçirilməsində məqsəd ölkəmizdə kadr potensialının inkişaf etdirilməsinə töhfə vermək, ali təhsilli gənclərin peşəkar iş mühitində təcrübə toplamasına imkan yaratmaq, onların məşğulluğunun təmin olunmasına dəstək göstərməkdir. Layihə gənclərə pərakəndə ticarət sektorunda müxtəlif sahələrdə işləməyi öyrənmək və təcrübə əldə etmək imkanı verir.
“Araz” Akademiyasına qoşulan gənclərə ilkin mərhələdə təlimlər keçirilir, daha sonra onlar şirkətin müxtəlif strukturlarında təcrübəyə cəlb edilirlər. İş həyatına “Araz”da başlayan gənclər şirkətin müxtəlif layihələrində və gündəlik əməliyyatlarında iştirak edərək bilik və bacarıqlarını inkişaf etdirirlər. Həmçinin “Araz”da karyera yüksəlişinə nail olmaq üçün ilk addımlarını atmış olurlar.
Akademiyanın “Karyerada ilk addım” təcrübə proqramına növbəti qəbul 15 sentyabr tarixinədək davam edəcək. Proqramda iştirak etmək istəyən ali təhsilli gənclər CV formalarını “Karyerada ilk addım” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi ölkə əhalisinin məşğulluğunun təmin edilməsinə, əmək bazarında peşəkar kadrların hazırlanmasında fəal iştirak edir. Bu məqsədlə 11 000-dən çox əməkdaşı olan şirkət onların karyera və şəxsi inkişafı üçün müxtəlif layihələr, təcrübə proqramları həyata keçirir.