“Araz” supermarketlər şəbəkəsi ilklərə imza atmağa davam edir!

araz-supermarketler-sebekesi-ilklere-imza-atmaga-davam-edir
Oxunma sayı: 2683

Müştəri məmnuniyyəti əsas prioritet olan pərakəndə bazarının öndə gedən markalarından biri “Araz” Supermarketlər şəbəkəsi daha bir ilkə imza ataraq lupalı alış-veriş arabalarını istifadəyə verdi. Artıq görmə zəifliyi olan müştərilər lupalı arabalardan istifadə etməklə məhsulların üzərindəki məlumatlarla heç kimin köməyinə gərək duymadan rahat şəkildə tanış ola biləcəklər. Hazırda 10 dan çox filialda tətbiq edilən bu yeniliyi yaxın zamanda bütün “Araz” marketlərdə görə biləcəksiniz.

“Araz” Supermarketlər şəbəkəsi son illərdə bir çox innovativ yeniliklərlə müştərilərinə keyfiyyətli və rahat xidmət təklif edir. Belə ki, ölkəmizdə ilk dəfə olaraq “Araz” da ənənəvi dolablar elektron dolablarla əvəzlənib. Bununla yanaşı yalnız dünyanın iri market şəbəkələrində görə biləcəyiniz elektron rəf etiketlikləri də yurdumuzun doğma marketinin adı ilə bağlıdır. Ölkənin pərakəndə bazarında ilk dəfə tətbiq edilən özünəxidmət kassa aparatları da “Araz” ın müştərilərinə xidmət edir. Daha bir maraqlı yenilik isə QR kodların tətbiqi ilə bağlıdır. Müştərilər meyvə-tərəvəz, ət və ət məhsullarının üzərindəki QR kodu oxutmaqla həm elektron kataloqu mobil telefonlarına yükləyə, həm də məhsul haqda ətraflı məlumat əldə edə bilərlər. İnnovativ yeniliklərlə xidməti birləşdirməyi peşəkarcasına bacaran “Araz” Supermarketlər şəbəkəsi məhz bu səbəblərdən də müştəri mənunuiyətini qazanaraq pərakəndə bazarın liderindən birinə çevrilə bilib.