Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Araz" supermarketlər şəbəkəsi Qarabağ Dirçəliş Fonduna 100 ağac ianə edib.
Fonda ianə edilən ağaclar işğaldan azad olunan ərazilərin dirçəlişi, Qarabağda təbiətin yaşıllaşdırılması üçün istifadə ediləcək. Ağaclar payız aylarında Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı "Araz" supermarketlər şəbəkəsi əməkdaşlarının iştirakı ilə əkiləcəkdir. Qarabağın yaşıllaşdırılmasına, 30 il ərzində məhv olan təbiətimizin bərpasına dəstək olmaq hər birimizin mənəvi borcudur. Bu prosesin iştirakçısına çevrilmək, qürur vericidir.
2017-ci ildən etibarən fəaliyyət göstərən "Araz" supermarketlər şəbəkəsi hazırda 400- ə yaxın mağazası və 9000 -ə yaxın əməkdaşı ilə müştərilərə xidmət göstərir. Dayanıqlı inkişafı dəstəkləmək, ətraf mühit və cəmiyyət üçün fayda yaratmaq şirkətin prioritetləri sırasındadır.
Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur (www.veyseloglu.az). Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.

Son xəbərlər
Son Xəbərlər