Arazda 20 yaşlı gənc batıb - Yenilənib

arazda-20-yasli-genc-batib
Oxunma sayı: 785

Araz çayının Saatlı rayonu, Nərimankənd kəndindən keçən hissəsində 1 nəfər batıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanılıb. Əlavə məlumat veriləcək.

***

Araz çayının Saatlı rayonunun Nərimankənd kəndi ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu, 1997-ci il təvəllüdlü, Allahyarov Gülmusa Şahin oğludur.

Onun cəsədi xilasedicilər tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.