“Araz”da “Sənin musiqin, sənin DOSTun” adlı konsert - Fotolar

arazda-senin-musiqin-senin-dostun-adli-konsert
Oxunma sayı: 1184

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə konsert proqramı təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, Milli Musiqi Günü ilə əlaqədar “Sənin musiqin, sənin DOSTun” adlı tədbir keçirilib. Hövsan qəsəbəsindəki “Araz” superstore qarşısında təşkil edilən tədbirdə Mərkəzin benefisiarları və təlimçilərinin iştirakı ilə konsert proqramı və əl işlərindən ibarət sərgi nümayiş olunub.

Konsertdə həssas əhali qruplarından olan istedadlı gənclər çıxış edib. İştirakçılar Mərkəzin muncuqla toxuma və tikmə, təsviri incəsənət(vitraj) istiqamətləri üzrə işlərin hazırlanması prosesi, eyni zamanda sərgidəki bədii oyma, floristika, keramika, xalçaçılıq nümunələri ilə tanış olublar.

Tamaşaçılar üçün müsabiqələr keçirilib, qaliblərə “Araz” supermarketlər şəbəkəsi tərəfindən həvəsləndirici hədiyyələr və bonus kartı təqdim edilib.