“Araz”dan 16-cı çempionluq

arazdan-16-ci-cempionluq
Oxunma sayı: 2465

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.

“Qafqazinfo” xəbər verir ki,  Bakı İdman Sarayında keçirilən final oyununda “Araz-Naxçıvan” və EKOL komandaları qarşılaşıb.  9:2 hesabı ilə qalib gələn “Araz-Naxçıvan” tarixində 16-cı dəfə ölkə çempionu adına yiyələnib.

Qeyd edək ki, bürünc medal uğrunda oyunda isə “Neftçi” İK “Baku Fire” komandasına 6:2 hesabı ilə qalib gəlib.