“Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolu ilə bağlı ümumi anlaşma əldə olunub”

arazdeyen-culfa-mehri-horadiz-demir-yolu-ile-bagli-umumi-anlasma-elde-olunub
Oxunma sayı: 2245

“Moskvada Azərbaycan, Rusiya və Ermənistanın Baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupun iclasında Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk görüşün yekunlarına dair danışarkən deyib. 

O, həmçinin Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı razılıq əldə olunmasında əhəmiyyətli irəliləyişin olduğunu qeyd edib. 

Overçuk ümumilikdə görüşün konstruktiv mühitdə keçdiyini vurğulayıb.

Xatırladaq ki, iyunun 2-si Moskvada Üçtərəfli İşçi Qrupun növbəti iclası baş tutub.