“Araz”ın Çempionlar Liqasındakı oyunlarının vaxtı açıqlandı

arazin-cempionlar-liqasindaki-oyunlarinin-vaxti-aciqlandi
Oxunma sayı: 1881

“Araz”ın futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində oyunlarının vaxtı açıqlanıb. 

“Qafqazinfo” xəbər verir ki, 8-ci qrupda mübarizə aparacaq Azərbaycan çempionu ilk oyununu Litvanın "Vytis” komandasına qarşı keçirəcək.

3 oktyabr

17:30. "Araz” (Azərbaycan) – "Vytis” (Litva)

4 oktyabr

17:30. "Valletta” (Malta) – "Araz” (Azərbaycan)

6 oktyabr

20:00. "Araz” (Azərbaycan) – "Luçenec” (Slovakiya)

Qeyd edək ki, 8-ci qrupun oyunları Slovakiyada "Sportova hala Arena”da keçiriləcək.