Bu gün "Araz" zavodunun ətrafından 10 partlamamış hərbi sursat tapılıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Qafqazinfo”ya verilən məlumata görə, Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatlarına əsasən 8 ev və həyətyanı sahəyə baxış keçirilib, 10 ədəd partlamamış hərbi sursat (8 ədəd PQ-9 raketi, 1 ədəd OF-56 122 mm-lik top mərmisi, 1 ədəd Q-530 152 mm-lik top mərmisi aşkar edilərək, götürülüb.
Sursatların zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər görülüb. Nəticə etibarilə 5000 kv.m ərazi yoxlanılıb.
Son xəbərlər
Son Xəbərlər