Ard-arda iki zəlzələ - 5 ölü, 12 yaralı + Fotolar

ard-arda-iki-zelzele
Oxunma sayı: 1850

Filippində baş vermiş zəlzələ nəticəsində 5 nəfər dünyasını dəyişib, 12 nəfər yaralanıb.

“Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, Cənubi-Şərq Asiya ölkəsində ard-arda iki yeraltı təkan baş verib. Onlardan biri 5,4, digəri isə 5,9 bal gücündə olub.

Birinci zəlzələ iyulun 27-də Bakı vaxtı ilə saat 00:16 radələrində, ikincisi isə saat 03:37 radələrində qeydə alınıb.