Arda ayrıldı... - Fotolar

arda-ayrildi
Oxunma sayı: 6832

Barselonalı ulduz Arda Turanla Aslıhan Doğanın ayrılması barədə xəbərlər yayılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ötən ilin may ayından etibarən münasibətlərini elan edən cütlük haqqında şok iddia ortaya atılıb.

Belə ki, doğum tarixini qoluna yazdıran Aslıhan eyni addımı Arda Turandan istəyib.

Bu istək onlar arasında problemə səbəb olub.

Qeyd edək ki, Arda-Aslıhan cütlüyü instaqramda bir neçə gündür ki, birgə olduqları foto paylaşmırlar. Hətta sevgililər günündə bir-birilərini təbrik belə etməyiblər.

Həmçinin, ötən həftə bacısı Dilahanın ilk sərgisinin açılışına qatılmaq üçün İstanbula gələn Aslıhan 10 gündür İspaniyaya qayıtmır.

Daha bir şayiə isə Ardanın anası Yüksel Turanın oğlunun Aslıhan Doğanla evlənməsinə qarşı olması ilə bağlıdır.