Türkiyə Super Liqasının 12-ci həftəsində “Qalatasaray”- “Başakşehir” qarşılaşmasından əvvəl gözlənilməz hadisə yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, matçdan əvvəl "Türk Telekom" stadionuna çıxan futbolçu Arda Turan “Qalatasaray”ın baş məşqçisi Fatih Terimlə barışıb. Terimi qucaqlayan Arda onun əlini öpüb. Futbolçu Fatih Terimə oyunda uğurlar diləyib.
Xatırladaq ki, Arda Turanla Fatih Terim “Avro 2016” Milli Komanda düşərgəsində baş vermiş söz davasından sonra küsülü idilər.