Türkiyə millisinin və “Real Madrid” klubunun ulduz futbolçusu Arda Gülər sevgilisi Duru Naymanla Bodrumda görüntülənib.
“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, sevgilisi ilə istirahət edən Gülər dostları ilə qaldıqları otelin çimərliyində voleybol oynayıb.
Cütlüyün əyləncəli anları kameralara düşüb.
Qeyd edək ki, Duru Nayman basketbolçudur. Karyerasına “Fənərbağça”da başlayan Nayman hazırda “Qalatasaray”da çıxış edir.