Arda Gülərdən qalmaqallı məsələ ilə bağlı açıqlama

arda-gulerden-qalmaqalli-mesele-ile-bagli-aciqlama
Oxunma sayı: 3531

“Onlar mənim milli komandada qardaşlarımdır” .

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Real”ın türkiyəli oyunçusu Arda Gülər “Qalatasaray”lı futbolçular Kerem Aktürkoğlu və Barış Alper Yılmazın paylaşımını bəyənməsi, daha sonra buna görə tənqid olunması ilə bağlı danışarkən deyib.

O bildirib ki, həmin futbolçularla milli komandada yaxındır və buna görə paylaşımı bəyənib: “Milli komandadan qardaşlarım olduğu üçün şəkli bəyəndim, amma aşağıda yazılanları görəndə dərhal  geri çəkdim. “Fənərbağça”lı azarkeşləri heç vaxt incitmək istəməzdim. Onların yeri mənim üçün fərqlidir”.

Qeyd edək ki, A.Gülər “Beşiktaş” (0:1) “Qalatasaray” derbisidən sonra paylaşımları bəyəndiyi üçün tənqid olunmuşdu.