Arda Messi və Ronaldodan populyardır

arda-messi-ve-ronaldodan-populyardir
Oxunma sayı: 661

“Qafqazinfo”nun federasiyanın rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu mərhələdən sonra ən çox səs toplayan futbolçu İranın “Esteqlal” klubunda çıxış edən Fərhad Məcididir. O, 266788 xalla bütün rəqiblərini qabaqlayır. Avropanın ən populyar futbolçusu Arda Turandır. Arda 40415 xala malikdir. Dünyanın ən yaxşı futbolçuları hesab olunan Lionel Messi və Kriştiano Ronaldo ondan geri qalır.
Səsvermənin 3-cü mərhələsində seçim Afrika, Asiya və Konkakaf zonasının hər birindən 3, Okeaniyadan 1, Cənubi Amerika və Avropadan isə 5 futbolçu arasında baş tutacaq.

Ceyhun Əhmədov