Arda qol vurdu - “Barselona” yarımfinala çıxdı + Video

arda-qol-vurdu
Oxunma sayı: 2768

İspaniya Kubokunun sonuncu yarımfinalçısı məlum olub.

Qafqazinfo” xəbər verir ki, “Barselona” öz meydanında “Real Sosedad”ı qəbul edib. Kataloniyalılar “Nou Kamp”da keçirilən qarşılaşmada 5:2 hesabı ilə qalib gəliblər. Denis Suarezin dubl etdiyi oyunda Luis Suarez, Messi və Neymarı əvəz edən Arda Turan qol vurub. Qonaqlardan isə Xuanmi və Villian Xose fərqlənib.

Qeyd edək ki, ilk oyunda da “Barselona” 1-0 hesabı ilə qalib gəlmişdi.

“Barselona” 5-2 “Real Sosedad”

Qollar: Suarez D. -17, 82;Suarez L. -60; Messi -55; Arda -80; Xuanmi -62;Villian Xose-72