"Barselona"nın türkiyəli futbolçusu Arda Turan karyerasından qazandığı pullarla biznes həyatına qədəm qoyub.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, futbolçu 3 milyon lirəyə “Arxiv” adlı restoran açıb.
Arda “İnstagram” hesabında restorandan fotolar paylaşıb və belə şərh edib: “Türk mətbəxinin yeməklərindən ibarət restoranımız açıldı. Şişlidə sevgi var, söhbət var. Sizləri gözləyirik”.
O, yaxın zamanlarda restoranlar şəbəkəsi yaradacağını da bildirib.
Restoranı A. Turanın qardaşı Okan Turan idarə edir. Onun ortağı isə Cemal Sarıhandır.


Son xəbərlər
Son Xəbərlər