Arda Turan Bakıda corabsız qaldı - - Foto

arda-turan-bakida-corabsiz-qaldi-
Oxunma sayı: 6972


“Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir ki, məlumatına görə, La Liqa çempionluq kubokunu paytaxtımıza gətirən komanda üzvləri mətbuat konfransında iştirak ediblər. 

Meydandakı oyunu ilə yanaşı sevgi münasibətləri ilə də gündəmdən düşməyən Arda Turanın corab geyinməməsi diqqət çəkib. Futbolçu otelin işçisindən ona corab gətirməsini xahiş edib. "Hardan istəyirsən gətir, istəyirsən bazardan al" deyə zarafat edən Arda tədbirin sonuna qədər corabsız qalıb.

Qeyd edək ki, Arda türkiyəli aktrisa Sinem Koballa eşq macərası yaşayıb. Cütlük uzun müddət davam edən münasibətlərinə qışda son qoyub.