Arda Turan gecikdi, “Barselona” cəzalandırdı

arda-turan-gecikdi-barselona-cezalandirdi
Oxunma sayı: 2683

Barselona futbol klubu Arda Turana cəza verib.

“Qafqazinfo” xəbər verir ki, Arda Turan idmana gec gələnlər sırasında 5- cı sırada yer alıb. Barcelonada idmana gec gəlməyin ciddi cəzası olduğu bildirilir. Futbolçuların məşqin başlanma saatından 1 saat əvvəl meydanda, oyunun başlamasından bir saat öncə isə stadionda olması barədə qaydalar var. Cəzalar pul şəklində olur.

Məşqə ilk dəfə gecikən oyunçu 200 avro pul ödəyir. İkinci dəfə gecikən 400, üçüncü dəfə gecikən 800 avro ödəyir. Pul cəzaları hər dəfə ikiqat artır. Oyunlara gec gəlməyin cəzası isə daha bahadır. Futbolçu ilk gecikmədə 400 avro, sonra isə 1600 avro ödəməlidir. Futbolçuların ödədiyi pullar isə xeyriyyə işlərində istifadə edilir.