Arda Turan niyə əvəzləndi?

arda-turan-niye-evezlendi
Oxunma sayı: 2096

"Barselona"nın futbolçusu Arda Turanın La Liqanın 25-ci turunda "Las Palmas" qarşı matçın ikinci hissəsində əvəzlənməsinin səbəbi müəyyənləşib.

“Qafqazinfo”nun qol.az-a istinadən xəbərinə görə, bu barədə Kataloniya klubunun baş məşqçisi oyundan sonra keçdiyi mətbuat konfransında bildirib. O deyib ki, türk yarımmüdafiəçi birinci hissədə sarı vərəqə ilə cəzalandığı üçün Ardanı əvəzləyib:

Onun ikinci hissədə növbəti sarı vərəqə almağından ehtiyat etdiyim üçün Ardanı əvəzlədim.

Qeyd edək ki, "Las Palmas " - "Barselona " qarşılaşması qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.