Arda Turana həbs cəzası verildi

Arda Turana həbs cəzası verildi
Oxunma sayı: 2880

Türkiyə millisinin sabiq futbolçusu Arda Turan haqqında həbs qərarı çıxarılıb. “Qafqazinfo” xəbər verir ki, müğənni Berkay Şahini döydüyü üçün ona 2 il 8 ay 15 gün həbs cəzası verilib. 

İstanbul Ədalət Sarayında baş tutan məhkəmədə Arda Turan qorxu və təşviş yaradacaq şəkildə silahla atəş açmaq, sənədsiz silah gəzdirmək və qəsdən yaralamaqda günahkar bilinib. Ancaq məhkəmə hökmün elanının təxirə salınmasına qərar verib. Bu müddətdə təqsirləndirilən şəxs cinayət törətməsə və qanunlara əməl etsə, cəzanın ləğvi mümkün olacaq.

Qeyd edək ki, Arda Turanla Berkay Şahin ötən il gecə klubunda dalaşıb. Arda müğənninin burnunu sındırıb. Daha sonra xəstəxanada Berkayın yanına gedən Arda ona silah çəkib və yerə atəş açıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi