“Qafqazinfo” xəbər verir ki, aprelin 9-da Çempionlar Liqası ¼ final cavab qarşılaşmaları çərçivəsində “Barselona”nı “Visente Kalderon”stadionunda qəbul edəcək “Atletiko” əsas heyət üzvü Ardanın köməyindən istifadə edə bilməyəcək. Buna səbəb futbolçunun keçən həftə ¼ final mərhələsinin ilk oyununda zədələnməsi olub. “Atletiko”nun baş məşqçisi Dieqo Simyone Ardanın əvəzinə “Barsa” ilə ilk oyunda fərqlənən Diyeqo Ribası start heyətində oynada bilər.
Xatırldaq ki, Çempionlar Liqası ¼ final mərhələsi çərçivəsində bu cütlüyün ilk oyunu 1-1 hesabı ilə başa çatıb.
İqbal
Son xəbərlər
Son Xəbərlər