İspaniya kubokunda 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.
“Qafqazinfo”nun məlumatına görə, “Barselona” öz meydanında “Espanyol”u qəbul edib.
Türkiyə millisinin üzvü Arda Turanın “Barselona” heyətində ilk çıxışı komandası üçün uğurlu olub. Oyun Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
“Barselona” – “Espanyol” - 4:1
Qollar: Kaysedo, 9 (0:1), Messi, 13 (1:1), 44 (2:1), Pike, 49 (3:1), Neymar, 88 (4:1).
Son xəbərlər
Son Xəbərlər