İspaniyanın “Barselona” klubunda çıxış edən Türkiyə millisinin ulduzu Arda Turanın var-dövləti qardaş ölkə mətbuatının diqqətini cəlb edib.
“Qafqazinfo” xəbər verir ki, yarımmüdafiəçinin sərvətini araşdıran türk həmkarlarımız təəccübləniblər.
Avtomobil və saat biznesi ilə məşğul olan Ardanın yaxınlarda daha bir işə əl atdığı ortaya çıxıb. O, Türkiyədə ilk “İdmançıların Karyerasını Yönləndirmə” şirkətini qurub.
Turan “İnstagram” hesabında yeni şirkəti ilə bağlı paylaşım da edib: “Bu bizim yeni övladımızdır. Bu şirkət Okan Can Yantır kimi bir canavara əmanətdir”.
Arda Turanın ortaya çıxarılan sərvəti isə aşağıdakılardan ibarətdir:
Londonda ev – 1, milyon funt-sterlinq
Sütlücədə torpaq – 4 milyon dollar
Bahçeköydə ev – 5 milyon dollar
Ataköy Selenium binalarında evlər – 2 milyon 200 min türk lirəsi
Levent Kanyonda villa – 4,5 milyon türk lirəsi
Büyükçekmecede villa – 600 min türk lirəsi
Bayrampaşada ərazi – 870 min dollar
Bayrampaşada ailəsi üçün aldığı ev – 400 min türk lirəsi
2015-ci il model “Ferrari F-12 Berlinetta” – 700 min avro
Saat kolleksiyası – “Patek Philippe”, “Rolex”, “Vacheron Constantin”, “Franck Muller” ve “Audemars Piguet”.
Şişlidəki “Arxiv” adlı restoran.
Etiler Sarıhan və Lidyana.com-un ortağıdır.
Həmçinin o, Sütlücədə yeni torpaq alıb. Qiyməti 4 milyon dollar olan ərazidə Arda otel inşa etdirəcək.
Qayıq – 600 min dollar.




Son xəbərlər
Son Xəbərlər