Arda Turanın yerinə o seçildi

arda-turanin-yerine-o-secildi
Oxunma sayı: 655

Məlum olduğu kimi türkiyəli futbolçu Arda Turan jurnalist Bilal Meşeyə fiziki müdaxilə etdiyi və söyüş söydüyü üçün milli komandanın təlim-məşq toplanışından qovulmuş, ardınca isə futbolçu milli karyerasını bitirdiyini açıqlamışdı.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, eyni zamanda milli komandanın da kapitanlığını edən Arda Turandan sonra boş qalan yerə yeni təyinat olub.

Belə ki, baş məşqçi Fatih Terim yeni kapitan olaraq Mehmet Topalı seçib.

Səlçuk İnan və Gökhan Gönül isə ikinci kapitanlar olacaqlar.