Arda üçün tarixi gün - “Barselona”da ilk oyununa çıxdı+Foto

arda-ucun-tarixi-gun-
Oxunma sayı: 3164

Türkiyəli futbolçu Arda Turan “Barselona”–“Espanyol” komandaları arasında bu gecə oynanılacaq İspaniya kuboku qarşılaşmasında forma geyinib.

“Qafqazinfo” xəbər verir ki, A.Turan “Nou Kamp” stadionunda keçiriləcək matçda Katalon klubunun heyətində ilk dəfə meydana çıxıb.

Arda Turan 7 nömrəli formanı geyinib.

Xatırladaq ki, “Barselona”ya qoyulan transfer qadağasına görə klub 6 aydır futbolçunun xidmətlərindən istifadə edə bilmirdi.