Futbolçu Arda Turan sevgilisi Aslıhan Doğanla münasibətlərinə son qoyub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Beyaz TV-də yayımlanan “Söylemezsem olmaz” verilişin aparıcısı Lerzan Mutlu məlumat yayıb.
Aparıcı iddia edib ki, Arda və Aslıhan 20 gündür ki, yollarını ayırıblar.
Qeyd edək ki, Arda bir neçə gün əvvəl sosial şəbəkədə sevgilisi Aslıhanla birgə paylaşdığı fotolarını silmişdi.
Son xəbərlər
Son Xəbərlər