“Qafqazinfo” xəbər verir ki, Arda Turanın dubl etdiyi görüşdə “Atletiko”Madrid “Rayo Valekonao” üzərində 4-2 hesablı qələbə əldə edib. Türkiyəli futbolçu Arda komandasının qələbə qazanmasında böyük pay sahibi olub. Arda vurduğu iki qolla diqqət mərkəzinə düşüb. Bu qələbədən sonra aktivində 54 xal olan “Atletiko”Madrid lider “Barselona”dan somra II sırada yer alıb.
Qeyd edək ki, görüşdə “Atletiko”nun digər iki qolunu David Vilya və Diyeqo Kosta vurublar.
İqbal
Son xəbərlər
Son Xəbərlər