Ardanı lağa qoydular - Video

ardani-laga-qoydular
Oxunma sayı: 3037

İspaniyanın Kataloniya bölgəsinin ən çox izlənilən “TV3” kanalının “Crackovia” proqramında məşhur aktyor Xuakin Sabina “Barselona”nın türkiyəli futbolçusu Arda Turanı lağa qoyub.

“Qafqazinfo” xəbər verir ki, o, Ardanı tənqid etməklə yanaşı özünü ona bənzədərək səhnəyə çıxıb.
Məşhur aktyor futbolçu haqqında bunları deyib: “Onun futbol oynamağını unutduq. Nə dilimizi öyrənə bildi, nə də futbolumuzu. Meydanlarda da onu görmürük”.

Qeyd edək ki, Xuakin Sabina “Atletiko” azarkeşidir.