Ardaya kömək edən tapıldı

ardaya-komek-eden-tapildi
Oxunma sayı: 2479


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sədr aktyorun çətinlik çəkdiyinə dair xəbərləri oxuduğu zaman pis olduğunu deyib: “Dərhal köməkçimə təlimat verəcəm. Arda Kural və anasının bütün ehtiyaclarını müəyyənləşdirib həll edəcəyik. Müalicə edilməsi lazım olsa, bunun üçün də imkan var”. 

Arda Kural da onu yada salan media işçilərinə təşəkkür edib: “Məni yenidən xatırladığınız üçün çox sağ olun. Neçə gündür buraya insanlar məni görməyə, xəbərin nə dərəcədə doğru olduğunu aydınlaşdırmağa gəlirlər. Mən azad yaşamağı sevirəm. Tək qalmağımın səbəbi xalamla, ya da dayımla bir problemimin olması deyil. Gələcəkdə sevdiyim biri olsa evlənib azad ruhlu bir ailə quracam. Psixoloji problemlərim olub, müalicəsi hələ də davam edir”. 

Günel Hacı