Məşhur aparıcı Burcu Əsmərsoy Arda ilə aralarındakı münasibətdən danışıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Əsmərsoy aralarındakı soyuqluğa Ardanın sevgilisinin səbəb olduğunu etiraf edib:
“Ardaya hiss etdiyim duyğu eşqdən daha böyükdür. Çox böyük bir dostluq. İlk dəfə deyirəm. Çox sevdiyim biri var idi, Arda onun qardaşı kimidir. Mənim kitabımda daha əvvəl sevgilim olan bir kişinin çevrəsindən biri ilə birlikdə olmaq yazılmayıb. Sevgililərimin kişi dostları ilə yaxın olaram, lakin sevgili olmaram.
Arda mənim çiynində ağladığım biridir. Ayrılıq dövründə də mənə çox dəstək oldu. İndi də danışırıq”.
Bir-birilərini sosial şəbəkədəki hesablarından silmələrinə gəlincə, Burcu bildirib ki, o, hələ də instagramda Ardanı təqib edir:
“Mən onu izləyirəm, çünki həyatımda onu təqib etməməyimi istəyən biri yoxdur. Bəzən bir münasibətin olur və artıq bəzi dostlarının həyatında olmasını istəmirsən. Dostumun həyatındakı şəxs mənimlə görüşməməyini istədisə, dostum da ona olan hörmətindən mənimlə görüşmək istəməyə bilər. Dotluq dediyin şey, gözləmək və sənə dönərkən qollarını açmakdır”





Son xəbərlər
Son Xəbərlər