ARDNF 5 aylıq gəlirləri açıqladı

ardnf-5-ayliq-gelirleri-aciqladi
Oxunma sayı: 1855

Azərbaycan Dövlət Neft Fondu Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə 1 yanvar- 1 iyun tarixlərinə olan gəlirləri açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, AÇG yatağından 2 106 milyon dollar, Şahdəniz yatağı üzrə kondensatın satışından 120 milyon dollar əldə edilib.
 
Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan gəlirlər 66 milyon dollar təşkil edir.