Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasında Milli Məclisi təmsil edəcək üzv kimi Milli Məclisin Sədr müavini Adil Əliyev təyin edilib.
Dövlət Neft Fondundan “Qafqazinfo” ya daxil olan məlumata görə, A. Əliyev 2005-2020-ci illər üzrə Milli Məclisin III, IV, V və VI çağırış deputatıdır və 10 mart 2020-ci ildə Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri seçilib. Milli Məclisin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin rəhbəri, Azərbaycan-Qazaxıstan parlamentlərarası dostluq qrupunun rəhbəridir. 2009-cu ildən Müstəqil Dövlətlər Birliyinin Müdafiə və Təhlükəsizlik Komitəsinin Sədr müavinidir.
Daha öncələr Azərbaycan Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2019-cu il Sərəncamına əsasən ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib. Sərəncama əsasən, ARDNF-nin yeni tərkibinə Azərbaycanın Baş Naziri, Milli Məclis sədrinin müavini, Azərbaycan Prezidentinin köməkçisi –Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Prezidentinin köməkçisi –Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Maliyyə naziri, İqtisadiyyat naziri və Mərkəzi Bankın sədri daxildir.
Son xəbərlər
Son Xəbərlər