Amerika kubokunda yarımfinal oyunlarına start verilib. “Qafqazinfo” xəbər verir ki, sözügedən mərhələnin ilk oyununda ABŞ və Argentina milli komandaları üz-üzə gəlib.
Baş tutan oyunla finalın ilk iştirakçısının adına aydınlıq gəlib. Belə ki, argentinalılar ABŞ-ı meydana çıxamağa peşman edib. Görüş Argentina milli komandasının 4-0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, yarımfinalın ikinci oyunu bu gecə baş tutacaq. Həmin oyunda Kolumbiya və Çilli milliləri münasibətlərinə aydınlıq gətirəcək.
Amerika Kuboku
22 iyun
ABŞ 0-4 Argentina
Qollar: Ezekiel Lavezzi 3, Leonel Messi 32, Gonzalo İquayn 50, 86.
Son xəbərlər
Son Xəbərlər