Argentina Amerika Kubokuna qələbə ilə başladı - Messi tarixə düşdü

argentina-amerika-kubokuna-qelebe-ile-basladi
Oxunma sayı: 3428

Ötən gün ABŞ-də keçirilən Amerika Kubokunun açılış matçında Argentina millisi Kanada ilə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, oyun Argentinanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Argentina millisindən Xulian Alvares və Lautaro Martines fərqlənib.

Qarşılaşma həm də Argentina millisinin ulduzu və kapitanı Lionel Messi üçün tarixi olub. O, Amerika Kubokunda 35-ci matçına çıxıb və ən çox oyun keçirən futbolçu adına yiyələnib.