Argentina və Çili sərhədində 6,8 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Geoloji Xidməti yayıb.
Zəlzələnin episentri San-Antonio-de-los-Kobres yaşayış məntəqəsindən 79 kilometr cənub-şərqdə yerləşib. Sözügedən ərazidə təqribən 4 min nəfər yaşayır.
Dağıntı və xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.
Son xəbərlər
Son Xəbərlər