Argentina millisi baş məşqçisiz qaldı

argentina-millisi-bas-mesqcisiz-qaldi
Oxunma sayı: 706

Argentina millisinin baş məşqçisi Edqardo Bauso istefaya göndərilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının rəhbəri Klaudio Tapiya "Fox Sports" açıqlmasında bildirib.

Edqardo Bauso 2016-cı ilin avqustunda Jerardo Martinonu əvəz edib. O, baş məşqçi kimi komandanı 8 oyunda meydana çıxarıb. 3 qələbə, 3 məğlubiyyət və 2 heç-heçə əldə edib.

Qeyd edək ki, Argentina 2018-ci il Dünya Çempionatına seçmə mərhələsində turnir cədvəlində 5-ci yerdə qərarlaşıb.