“Mançester Siti”nin müdafiəçisi Martin Demiçelis günahını boynuna alıb. “Qafqazinfo” xəbər verir ki, Argentina millisinin sabiq üzvü futbol oyunlarına pul yatırmaqda ittiham olunur.
Aprelin 5-nə qədər İngiltərə Futbol Assosiyasiyasının ittihamlarına cavab verməli olan 35 yaşlı futbolçu matçlara pul yatırdığını etiraf edib. Sözügedən qurumun təcrübəli oyunçu ilə bağlı hansı cəzanı verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, Demişelis 2013-cü ildən “şəhərlilər”in şərəfini qoruyur.
Son xəbərlər
Son Xəbərlər