Argentina Prezidenti Alberto Fernandes ölkəsinin keçmiş dövlət başçısının administrasiyasının Boliviyanın müvəqqəti hökumətinə etirazların yatırılması üçün xüsusi vasitələr verdiyi üçün qonşu ölkədən üzr istəyib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Fernandesin boliviyalı həmkarı Luis Arseyə ünvanladığı məktubda deyilir.
“Hər şeydən əvvəl mən sizin hökumətinizdən və xalqınızdan bütün argentinalılar adından üzr istəmək istəyirəm”, - sənəddə qeyd olunur.
Fernandesin sözlərinə görə, Makri hökumətinin hərbi və polis repressiyalarına yardım etməsi onun üçün ağrılı və utancverici idi.
Daha əvvəl Boliviya XİN başçısı Rohelio Mayta bildirib ki, ölkə hakimiyyəti müəyyənləşdirib ki, Argentinanın keçmiş hökuməti 2019-cu ilin noyabrında Moralesin istefasından sonra etirazları yatırmaq üçün qonşu ölkənin müvəqqəti hökumətinə xüsusi vasitələr verib.
Son xəbərlər
Son Xəbərlər