Amerika kubokunun matçları davam edir. “Qafqazinfo” xəbər verir ki, favoritlərdən Argentina Paraqvayla qarşılaşıb.
Leo Messinin kapitanı olduğu komanda 1:0 hesablı qələbəyə sevinib. Yeganə qolu 10-cu dəqiqədə Alexandro Qomes vurub.
Uruqvay isə Çili ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
26-cı dəqiqədə Eduardo Varqas Çilini hesabda önə keçirib. 66-cı dəqiqədə isə Arturo Vidal öz qapısına vurduğu qolla oyunda tarazlıq yaradıb.
Argentina - Paraqvay 1:0
Uruqvay - Çili 1:1
Son xəbərlər
Son Xəbərlər