Argentina tam sürətlə irəliləyir

argentina-tam-suretle-irelileyir
Oxunma sayı: 762


"Qafqazinfo" xəbər verir ki, Messinin komandası Nigeriyanı 3-2 hesabı ilə məğlub edib. Messi bu matçın ulduzu olub və dubl edərək ümumi qol sayısını 4-ə çatdırıb. "Barsa"nın ulduzu hesabı açsa da, Əhməd Musa Nigeriyanın bərabərlik qolunu vurub. Lakin dünya ulduzu daha sonra yenə fərqlənməyi bacarıb və cərimə zərbəsindən mükəmməl qol vurub. Nigeriya yenidən Əhməd Musa ilə ümumi hesabı bərabərləşdirib. Lakin Argentina Nigeriyanın daha çox sevinməsinə şərait yaratmayıb. Roxo cənubi amerikalıların qələbə qolunu vurub. 9 xal toplayan Argentina lider kimi, Nigeriya isə 4 xalla, II yerin sahibi olaraq play-offa adlayıb.

İqbal