Argentina və Polşa 1/8 finalda - Video

argentina-ve-polsa-18-finalda
Oxunma sayı: 5213

Bu gün dünya çempionatında C qrupunun oyunları başa çatacaq.

“Qafqazinfo” xəbər verir ki, mundialın favoritərindən Argentina Polşa ilə qarşılaşacaq.

İlk turda sürpriz edərək Argentinanı məğlub edən Səudiyyə Ərəbistanı isə Meksika ilə üz-üzə gələcək.

Bu qrupda 4 komandanın da növbəti mərhələyə çıxmaq şansı var.

Qarşılaşmalar saat 23:00-da başlayacaq.

DÇ-2022

C qrupu

3-cü tur

Polşa - Argentina

Səudiyyə Ərəbistanı - Meksika

***

Matçlar başladı.

***

Messi penaltini vura bilmədi. Şesni penaltini qaytardı.

***

Polşa - Argentina oyununda ilk hissə bitdi.

***

Polşa - Argentina matçında ikinci hissə başladı.

***

Argentina hesabı açdı. Mac Allister 47-ci dəqiqədə qol vurdu.

***

Səudiyyə Ərəbistanı - Meksika görüşü başladı.

***

Meksika hesabı açır. Martin 48-ci dəqiqədə fərqlənir.

***

Meksika 2-ci qolu vurur. Çavez 52-ci dəqiqədə fərqlənir.

***

Argentina 2-ci qolu vurur. Alvarez 68-ci dəqiqədə fərqlənir.

***

Argentina 1/8 finalda.

***

Səudiyyə Ərəbistanı qol vurdu. Əl Davsari 90+6-da fərqləndi.

***

Səudiyyə Ərəbistanı - Meksika matçı bitdi.