Argentina xalqı Maradona üçün ağlayır... - Fotolar

argentina-xalqi-maradona-ucun-aglayir
Oxunma sayı: 3477

Əfsanəvi futbolçu Dieo Armando Maradonanın ölümü Argentina xalqını yasa bürüyüb.

“Qafqazinfo” xəbər verir ki, insanlar Maradonanın doğulduğu, gənclik illərinin keçdiyi və vəfat etdiyi evlərin ətrafında onu yad edirlər.

Paytaxt Buenos-Ayresdə futbolçu üçün göz yaşı axıdır, şamlar yandırırlar. Həmçinin yolların kənarındakı bilbordlarda “təşəkkürlər, Dieqo” yazısı işıqlandırılıb.

Paytaxt sakinləri həmçinin dünən 22:00-da eyvanlara çıxaraq Maradonanın şərəfinə əl çalıblar.

Argentina hökuməti onun vəfatı ilə bağlı ölkədə üç günlük yas elan edib. Baş nazir Alberto Fernandez yas mərasiminin Nazirlər Kabinetinin binasında keçiriləcəyini bildirib.

Xalqa açıq keçiriləcək dəfn mərasimində təxminən 1 milyon insanın iştirakı gözlənilir.