Argentinada 5,9 bal gücündə zəlzələ

argentinada-59-bal-gucunde-zelzele
Oxunma sayı: 794

Argentinanın şimalında 5,9 bal gücündə zəlzələ baş verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri San-Salvador-de-Jujuy şəhərindən 144 kilometr qərbdə, ocağı isə 187 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.