Argentinada anomal soyuqlar can alıb.
“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, havaların gözlənilmədən soyuması 7 nəfərin ölümünə səbəb olub. Bildirilir ki, 2 nəfər donvurmadan, digər 5 nəfər isə isinmək üçün quraşdırdığı sobanın dəm qazından zəhərlənib.
Qeyd edək ki, Argentinada hava ötən həftə dəyişib. Havanın temperaturu rekord həddə çataraq 25,4 dərəcəyədək soyuyub.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər