Argentinada azarkeşi stadionda öldürdülər - Video

argentinada-azarkesi-stadionda-oldurduler
Oxunma sayı: 729

Argentina çempionatında oyun zamanı azarkeşlərin dalaşması faciəyə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, “Belqrano” - “Taleres” matçı zamanı ev sahiblərinin azarkeşi Emanuel Barbo ona hücum edənlərdən qaçmaq istəyən zaman tribunadan yıxılıb. Aldığı xəsarətdan komaya düşən fanat iki gündən sonra aprelin 17-də dünyasını dəyişib. Artıq faktla bağlı 4 nəfər saxlanılıb.
 
Qeyd edək ki, qarşılaşma 1-1 hesablı bərabərliklə yekunlaşıb.