Argentinada etiraz aksiyası başladı

argentinada-etiraz-aksiyasi-basladi
Oxunma sayı: 966

Buenos-Ayresdə minlərlə insan aclıq və tariflərin qalxması əleyhinə etiraz yürüşünə çıxıb.

“Qafqazinfo” “Nacion”a istinadən xəbər verir ki, yürüş təşkilatçısı Argentina Sosial Hərəkatıdır. Paytaxtın müxtəlif hissələrində toplanan aksiyaçılar mərkəzə doğru hərəkət ediblər. Etirazçılar artan tariflər fonunda əmək haqqının qaldırılmasını tələb edirlər.

Mitinq səbəbindən Argentinanın paytaxtında əsas magistral yollardan biri bağlanıb.