Argentinada futbol mövsümü ləğv edildi

argentinada-futbol-movsumu-legv-edildi
Oxunma sayı: 1066

Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia ölkədə futbol mövsümünü erkən bitirdiklərini açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, qurum rəhbəri koronavirus pandemiyasına görə belə qərar verdiklərini bildirib:

"Mövsümü erkən bitirməyə qərar verdik. Futbolçular səhiyyə qurumları icazə verdikdən sonra yaşıl meydana qayıdacaqlar. Futbol ailəsinin hər üzvünün sağlamlığı təhlükədə olmadıqda başlayacağıq. Sağlamlıq hər şeydən önəmlidir".

Federasiya prezidenti 2 mövsüm aşağı liqaya klub düşməyəcəyini deyib. Yüksək liqada isə komandaların sayı artacaq və 2021/22 mövsümündə 24 deyil, 28 klub mübarizə aparacaq.